Uaqaduqu şəhəri hansı ölkənin paytaxtıdır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Uaqaduqu şəhəri Qərbi Afrikada yerləşən Burkina Faso dövlətinin paytaxtıdır. Şəhər Qırmızı və Ağ Volta çayları arasında yerləşir. Ölkənin adminstrativ, iqtisadi, nəqliyyat və mədəniyyət mərkəzidir. Şəhər vaxtilə Mosi krallığının mərkəzi olmuş Moro-Naba sarayının ətrafında formalaşıb. Dəmiryolu şəhəri iki hissəyə qədim və yeni hissəyə ayırır. Vaxtilə Uaqaduqu şəhərində Qərbi Afrikanın ən böyük bazarı yerləşirdi, 2003-cü ildə baş verən yanğından sonra bazar bağlanıb.

Uaqaduqu şəhərinin iqlimi subekvatorial iqlim olub yağıntılı mövsüm çox qısa keçərək may-sentyabr aylarını əhatə edir. Orta illik yağıntı 750 mm-ə bərabərdir. İqlimin formalaşmasında musson və harmatan (tozlu və quru şimal şərq passatlarının yerli adıdır) küləklərinin rolu böyükdür. 

İqtisadiyyatında pambıqtəmizləmə, düyütəmizləmə, ət kombinatları, yer fındığı emalı, ayaqqabı fabriki, şin və sement zavodları və s. fəaliyyət göstərir.

0 points