Turşulu yağışlar atmosferdə hidrogen ionlarının , kükürd oksidinin və azot oksidinin miqdarının artması nəticəsində baş verir. Havaya daxil olan kükürd və azot oksidləri su ilə birləşərək turşu əmələ gətirməsi turşu yağışının yaranmasına səbəb olur. "Turşulu yağış" terminini ilk dəfə ingilis alimi Pobert Smit 1872-ci ildə "Kimyəvi iqlimşünaslığın başlanğıcı: Hava və yağış " əsərində işlətmişdir.
Turşulu yağışlar meşələri, birki örtüyünü məhv edir, məhsuldarlığı aşağı salır, torpağın münbitliyini azaldır və torpağın sulu təbəqəsində zəhərli metalların toplanmasına ,bundan əlavə tarixi abidələrin dağılmasına, boru kəmərləri və avtomobillərin yararsız hala düşməsinə səbəb olur.
Turşulu yağışlara ən çox sənayenin güclü inkişaf etdiyi ölkələrdə rast gəlinir. Bu Şimali Amerika, Qərbi Avropa, Yaponiya, Koreya, Çin, Rusiya kimi ölkələrdə daha çox müşahidə olunur.