Ekoloji problemlər hansılardır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Ekoloji problemlər insanın birbaşa və ya dolayı yolla təbiətə etdiyi mənfi təsir nəticəsində yaranan problemlərin cəmidir. Çünki təbiət özünün yaratdığı problemlər aradn qaldıra bilir. İnsanlar isə ətraf mühitə daha dərin yaralar açır və onu daha çox çirkləndirir, təbiət bütün bunları bərpa etməsi üçün uzun vaxt lazım gəlir. Hazırda bütün təbii komponentlərdə problemlər mövcuddur:

1. Torpaqda yaranan problemlər, təbii resursların istismarı zamanı terrikon təpələrin yaranması, neftlə, radioaktiv elementlərlə çirklənmiş torpaqlar, səhralaşma və s.-ni göstərmək olar.

2. Atmosferdə yaranan problemlər, karbon oksidinin miqdarının artması ( “istixana effekti”), ozon deşiyinin yaranması, “turşulu yağışlar“ və s.

3. Hidrosferdə yaranan problemlər, su hövzələrinin həddindən çox çirklənməsi ilə əlaqədar içməli su problemləri, dünya okeanının çirklənməsi və s.

4. Biosferdə yaranan problemlər, meşələrin qırılması nəticəsində oksigen balansının pozulması, canlıların yaşayış arealının kiçilməsi nəticəsində bir sıra bitki və heyvan növlərinin nəslinin kəsilməsi və ya kəsilmə təhlükəsi və s.

0 points