Necə olur ki, səhraların ortasında, insanların düşünə bilmədiyi yerlərdə yaşıllıqlar yaranır?
Turfan şəhəri Çin xalq Respublikasının Sintizsyan Uyğur Muxtar rayonunun Qaoçan rayonunda yerləşən şəhər vilayətdir. Şəhər dəniz səviyyəsindən -154.5 metr aşağıda yerləşən və dünyanın ən çökək yerlərindən biri olan Turfan gölü ətrafında yerləşir.
Turfan çökəkliyi həm də dünyanın ən isti yerlərindən biridir. Ona görə də onu “Alov vahəsi“ də adlandırırlar. Tarixən bu yerlər mühüm ticarət yeri olmuşdur.
2500 il əvvəl şəhərə tunellərlə su çəkilmişdir. Çinlilərin "yer altındakı böyük kanal" adlandırdığı 5272 km uzunluğunda olan kanal Tyan-Şan dağlarından çəkilmişdir. İndi də şəhərdə istifadə olunan suyun 30 faizini bu kanal gətirir. Suyun buxarlanmasının qarşısını almaq üçün kanal torpağın altı ilə çəkilmişdir.
Burada geniş ərazidə kişmiş üzümü yetişdirilir ki, bu da Çində istehsal olunan kişmişin 90%-ə yaxınını verir.