Səhra yanığı və ya səhra lakı necə yaranır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Səhralarda süxurların yonulub parçalanmasından əlavə onların üzərində nazik qabıq da əmələ gəlir. Atmosferdən süxurların içərisinə daxil olmuş rütubət orada olan duzları, məsələn manqan və dəmir duzlarını həll edərək səthə çıxarır su buxarlanır, duzlar isə kristallar şəklində süxurun üzərinə çökür. Küləyin havaya qaldırdığı toz hissəcikləri duz kristallarını cilalayaraq hamarlayır ki, bu zaman süxurun səthində günəş şüasından parıldayan tünd qour və qara rəngli qabıq formalaşır. Buna səhra yanığı və ya səhra lakı deyirlər.

Bu təbəqənin çox nazik, maksimum 1-2 mm, olmasına baxmayaraq həddindən çox davamlı olurlar. Bu təbəqə antik insanların qayalarda cızdığı rəsmlərin üzərini örtərək onları indiyə kimi qoruyub saxlamışdır. Səhra yanığı deyilən süxurlara yalnız səhralarda rast gəlinmir.

0 points