Tornado answered
Tsinci-de-Bemahara qoruğu Madaqaskarda yerləşir. Yerli dildən tərcümədə bu “Ayaqyalın gəzilməyən“ deməkdir. Ad qayalıqların üzərində gəzməyin o qədər də asan olmadığı üçün verilmişdir.
Tsinci-de-Bemahara qoruğu milyon il əvvəl dəniz altından çıxmış qayalıqların külək və suyun təsiri ilə aşınması nəticəsində yaranmışdır. Yumşaq süxurlar yuyulub getmiş sərt qayalar qalaraq daş meşələri əmələ gətirmişdir.
Buraya gələn turistlər buranı gəzmək üçün qayalar arasında olan cığırlardan və ya asma pilləkənlərdən istifadə edirlər.