Tornado answered
Tikrit İraq Respublikası ərazisində Bağdad şəhərindən 140 km şimal qərbdə Dəclə çayı sahilində yerləşir. Bura yaşayış məskəni kimi çox qədimdə mövcud olmuşdur. Tarixdə 1000 il əvvəllərdə orada mövcud olan qala və xristian monastırı haqqında məlumatlar var.
Şəhər 640-cı ilə qədər suriyalı provaslavların nəzarətində olmuşdur. O zamanlar Tikrit şəhəri Cəzirə əyalətinə daxil idi. Müsəlmanlar gəldildən sonra şəhər İraq ərazisinə aid edildi. Hazırda Tikrit şəhəri Səlahəddin vilayətinin idarəetmə mərkəzidir. Şəhərdə iki aeroport (Şimal və Cənub adlı) eyni adlı muzey, universitet və stadion yerləşir. Səlahəddin Əyyubi və Səddam Hüseyn bu şəhərdə doğulmuşdular.