Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən bu şəhər İran İslam Respublikasının Şərqi Azərbaycan ostanının inzibati mərkəzidir. 3 min illik tarixə malik olan bu şəhər gözəl şəhərlər sırasında yer tutur.
Təbriz şəhəri dağların arasında 1350-1500 m yüksəkliklər arasında əlverişli coğrafi mövqeyə malik bir ərazidə yerləşir. Şəhər və onun ətrafı suvarmada kiçik dağ çaylarından və kəhriz sularından istifadə edirlər.
Təbriz şəhəri tarixən sənətkarlığı ilə də seçilib. Xalçaçılıq Təbriz iqtisadiyyatında həmişə xüsusi yer tutub və tutmaqdadaır. Daima dünya bazarında Təbriz xalçaları öndə gedib.
Atəşpərəstlik dövründən də mərkəz olduğunu Allahu-Əkbər dağı üstündə olan və “Zərdüşt peyğəmbər atəşgahı” adı ilə məşhur olan atəşgah qalıqları sübut edir. Tarix boyu dəfələrlə zəlzəlzə nəticəsində dağılmasına baxmayaraq Ərikqalası, Göy məscid, Xaqan parkı, Gülüstan Parkı, Təbriz bazarı və s. yerlər turistlərin marağına səbəb olur.
İranın tərkibindədir
*Ərdoğanın* dediyi şeirdən sonra mənim düşüncəmlə ZƏNGƏZUR falan işğaldan azad edildikdən sonra..
Təbrizi azad edəcəklər bu qədər.