Melburn şəhəri haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Avstraliyanın mədəniyyət və idman paytaxtı adlandırılan bu şəhər ölkənin ikinci böyük şəhəridir. Şəhər Port-Fillip körfəzinin sahilində yerləşir. Subtropik iqlim qurşağının bərabər yağıntılı tipi hakimdir. Əvvəllər yerli aborigenlərin yaşadığı bu yerlər XIX əsrin əvvəllərində sürgün yeri kimi fəaliyyət göstərirdi.

Hal hazırda demək olar ki, çoxmillətli region olaraq  233-ölkədən 180 fərqli dildə danışan 116 dinə sitayiş edən insanların məskunlaşdığı çox sakit ərazidr. Melburn əhəmiyyətli liman şəhəri olmaqla bərabər maşınqayırma, informasiya texnologiyaları, turizm və s. iqtisadiyyat sahələri inkişaf edib.

0 points