Tanta şəhəri haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Tanta Misrin Əl Qarbi əyalətinin inzibati mərkəzidir. Nil çayının deltasının mərkəzində yerləşdiyinə görə şəhəri Nilin partaxtı adlandırırlar. Əhali sayına görə Tanta şəhəri Misirin şəhərləri arasında 10-cu yeri tutur. Tanta şəhəri Qahirənin şimalında, İskəndəriyyə şəhərinin cənub şərqində dəniz səviyyəsindən 10 m yuxarıda yerləşir.

İqlimi istidir, çoxlu sayda təbii və süni kanalların olması hesabına rütubətlidir. Yazda tozlu həmsin küləyi əsir. İqtisadiyyatında əsas yeri kənd təsərrüfatı tutur. Tütün, finikiya palması, sitrus meyvələr yetişdirilir. Yüngül və yeyinti sənayesi müəssisələri var.

Hər il Əhməd əl-Bədəvinin (VIII əsr islam bədəvilərinin əsas simalarından biridir) şərəfinə 8 gün bayram edirlər. Bayramda Misirin hər yerindən və başqa ərəb ölkələrindən 2 milyona yaxın adam iştirak edir.

0 points