Nilotlar kimlərdir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Nilotlar Nil-Saxara dilləri qrupuna aid olan xalqlardır. Bunlar dinkalar, kalençinlər, luolar, şilluklar, nuerlər, barilər, masailər, samburular və başqalarını göstərmək olar. Nilotlar aşağı və yuxarı Nil hövzəsində yaşayırlar. Cənubi Sudanda, Keniya, Uqanda, Tanzaniya, Konqo Demokratik Respublikası, Efiopiya və Misirin sərhəd rayonlarında yaşayırlar.

Əksər nilotlar ənənəvi din və inanclarını qoruyub saxlayırlar. Əsas məşğuliyyətləri balıqçılıq, ovçuluq, əkinçilik, heyvandarlıqdır. Nilotlar dünyanın ən hündürboylu adamları sayılırlar.

0 points