Tornado answered
Takora vulkanı Mərkəzi And dağlarında Cili Peru sərhəddində Arika və Parinakota vilayətində yerləşir. Takora vulkanı Cilinin ən şimalında olan vulkandır. Vulkanın hündürlüyü 5980 m-ə bərabərdir.
Normal konfiqurasiyaya malik olan bu vulkanın 5500-metrdən yüksək olan hissəsi qar və buzlaqlarla örtülüdür. Əsas krater zirvədən 300 metr aşağıda şimal qərb yamacda yerləşir.
Vulkanın şərq yamacında isti bulaqlar yerləşir. Takora və onun yaxınlığında olan Çupikin vulkanı arasında zəngin kükürd ehtiyatları var.