Venern gölü hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Ladoqa və Oneqa göllərindən sonra Avropanın 3-ü ən böyük gölü olan Venern gölü İsveçdə yerləşir. Buzlaq mənşəli göldür. Sahəsi 5 655 km²-ə bərabərdir ən dərin yeri 106 metrdir.

Gölün ortasında yerləşən Duoro adalarına milli park adı verilmişdir. Dünyada rast gəlinən ən ağır qızıl balıq Venern gölündə tutulmuşdur. Gölə 30-dan çox çay tökülür. Onlardan ən böyüyü Klarelven çayıdır. Katteqat boğazına tökülən Göthe-Elv çayı Venern gölündən başlanır. Gölün ortasında olan Yuryo arxipelaqı və bütövlüklə gölün ərazisi qorunur. Göldə balıqçılıq yaxşı inkişaf edib.

0 points
Aliyə Vəliyeva answered

Amerika

0 points