Azərbaycan Respublikasının Bakıdan sonra əhalisinin sayına görə ikinci böyük şəhəri olan Sumqayıt şəhəri Respublika tabeliyində şəhər olub Abşeron yarşmadasında Xəzər dənizinin qərb sahilində yerləşir. Şəhər sahəsinə görə ölkənin 3-cü böyük şəhəridir. Şəhər ticarət yollarının keçdiyi kiçik bir kəndin yerində salınmışdır. 1939-cu ildə burada neft-kimya müəssisəsinin tikilməsi ilə əlaqədar şəhər salınmağa başlanıldı və 1949-cu ildə sumqayıt şəhər statusu aldı.
Şəhər quru subtropik zonada yerləşir və il ərzində 247mm yağındı düşür. Yağıntı əsasən payız qismən qış və yayda düşür.
Sumqayıt dünyanın ən çirkli şəhərlərindən sayılır. Buna səbəb "Kimya sənaye" istehsal birliyinin, "Alüminium" zavodunun, "Sintetik kauçuk", "Superfosfat" zavodların və bir çox digər müəssisələrin ətraf mühitə atdığı tullantılar olmuşdur. Hazırda bir sıra ekoloji tədbirlərin görülməsi şəhərin təbiətinin dəyişməsinə gətirib çıxarmışdır. Buna baxmayaraq Sumqayıt yenə də dünyanın ən çirkli şəhərləri siyahısındadır.