Gəncə şəhəri harada yerləşir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Kiçik Qafqaz dağlarının ətəklərində olan bu şəhər Azərbaycanın ərazisinə görə ikinci, əhalisinə görə isə üçüncü böyük şəhəridir. Qədim şəhər olan və karvan yollarının üzərində yerləşən şəhər daima dağıntılara məruz qalmasına baxmayaraq yenə də inkişaf etmişdir.

Gəncə şəhərinin adı dəfələrlə dəyişdirilsədə (1804-dən 1918-ə qədər Yelizavetpol və 1935-də 1989-a qədər Kirovabad adlandırılmışdır) yenidən qədim adı bərpa edilmişdir.

Gözəl təbiəti, münbit torpaqları, zəngin təbii ehtiyatları buranı ölkənin əsas sənaye mərkəzlərindən birinə çevirmişdir. Ölkəyə gələn turistlərin ən çox görmək istədiyi yerlərdən biri də Gəncə şəhəridir.

0 points