Sumo güləşciləri niyə bu qədər kökdürlər?
Tornado answered
Nyutonun ikinci qanunu təcil - qüvvə/ kütlə bərabərliyinə görə, nə qədər ağır olarsanız rəqibinizin sizi yerinizdən oynada bilməsi üçün istifadə edəcəyi güc bir o qədər çox olmalıdır. En ağır Sumo güləşcisi 267 kiloqram idi.
Sumo güləşcisinə Rikişi deyilir. Yüksək divizionda iştirak edən güləşçilərin çəkisinin 100 kq-dan artıq olması mütləqdir.
Sumo güləşi üçün platforma 34-60 sm yüksəklikdəki kvadrat platformadır. Bu platformaya Doxyo deyilir. Doxyo xüsusi növdən yığılmış gildən hazırlanır və üstündə nazik bir qum qat ilə örtülür. Mübarizə 4,55 m diametr (15 shaku) diametrində olan bir sahədə yer alır, sərhədləri düyü samanından olan (yəni "tavara") xüsusi hörgü ilə qoyulur.