Tornado answered
Sirius Böyük Köpək bürcündə yerləşən bir cüt ulduzun adıdır. Sirius A və Sirius B olaraq adlanır. Sirius A görünüşünə görə hal-hazırda ən parlaq ulduzlardan biri hesab olunur.
Sirius B isə cırtdan ulduzlardan sayılır. Bunun səbəbi həmdə digər ulduzlara nəzərən Günəş sisteminə daha yaxın olmasındadır.
Sirirus qədim Misir və Yunan mifologiyasında önəmli yer tutmuşdur. Qədim yunanlar isti günlərin başlanmasını bu ulduza görə təyin edirdilər.
Ən qədim astronomik məlumatlarda qarşımıza çıxan Sirius qədim Misirdə Sopdet olaraq bilinirdi. Qədim Misirdə bir çox məbədlərin daxili otaqları Sirusu görəcək şəkildə tikilmişdir.