Tornado answered
Siretoko yarımadası Yaponiyada Hokkaydo adasının şərqində yerləşən yarımadadır.
Yarımadanın adı aynu xalqlarının dilindən tərcümədə “dünyanın sonu“ deməkdir. Yarımadanın şərq qurtaracağından Rusiyanın Kunaşir adası görsənir. Vəhşi təbiəti qorumaq məqsədi ilə “Siretoko“ milli parkı yaradılmışdır və bu ərazi 2005-ci ildən YUNESKO-nun milli irsinə daxil edilmişdir.
Milli parkın ərazisini böyütmək və onu “Dünya parkı“ etmək üçün Kuril adalarını da buraya qatmaq planı Rusiya ilə Yaponiya arasında razılaşdırılmışdır.