Aynular kimlərdir və harada yaşayırlar?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Aynular Yapon adalarında yaşayan qədim xalq olub, bir vaxtlar Amur çayının aşağı axarı, Kamçatka yarımadası, Saxalin və Kuril adalarında yaşayırdılar. Hazırda onlar ancaq Yaponiyada qalmışlar. Aynuların mənşəyi hələ də mübahisəlidir. Onlar haqqında bir sıra nəzəriyyələr mövcuddur.  Onlar xarici görünüşünə görə monqoloiddən çox avropoid irqinə bənzəyirlər.

Aynuların əsas məşğuliyyəti əkinçilik, yığıcılıq, balıqçılıq, ovçuluqdur. Qədim dövrlərdə onlar geniş ərazidə məskunlaşa bilmədilər. Onların düşüncəsinə görə utar/utari "eyni kənddə / eyni çayda yaşayanlar" prinsipi əsas idi. Lakin sonralar aynular bütün Yapon arxipelaqına səpələndilər. Uzun illər Aynular özlərini yaponlardan ayrı sayaraq yapon mədəniyyətini qəbul etmədilər və suveren milli dövlər qurmağı tələb etdilər.

6 iyun 2008-ci ildə Yapon parlamenti aynuları milli azlıq olaraq qəbul etdi. Aynu dili hal-hazırda ölü dillərdən biridir. Bu dildə danışanların sayı isə getdikcə azalır.

0 points