Qalolar hansı ölkədə yaşayırlar?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Qalo xalqları Hindistanın şimal şərqində yaşayırlar. Onlar əsas etibarilə Qərbi Sianq, Şərqi Sianq vilayətinin cənub qərbində, Şimali Subansiri vilayətinin cənub şərqində və Çanqlanq vilayətinin bir neçə rayonunda yaşayırlar. Dilləri tibet-birma dillərinin tani qolunada danışırlar. Bəziləri assam, hind və ingilis dilində də danışırlar. 

Ənənəvi məşğuliyyətləri kəsmə-yandırma əkinçilik (meşə və kolluqları yandırıb külünü torpağa qatmaqla torpağı münbitləşdirərək məhsuldarlığı artırırlar), ovçuluq və yığıcılıqla məşğul olurlar. Dağlıq relyef əkinçilikdə bir qədər çətinlik yaratsa da düyü, taxıl, qarğıdalı, istiot və s. əkinləri geniş sahə tutur. Ev heyvanlarından əsas öküz, inək, qoyun, donuz,  toyuq, ördək saxlayırlar. 

0 points