Qaqauzlar kimlərdir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Moldova ərazisində yaşayan bu xalq Altay dil ailəsinin türk qrupunun oğuz qoluna aiddir. Qaqauz dilinin iki dialekti var: mərkəz və cənub dialektləri. 1957-ci ildə qaqauzların yazılı dili yaranmışdır.  Dini mənsubiyyətinə görə xristianlığın provoslav təriqətinə sitayiş edirlər. Əsasən Qaqauziya Muxtar Vilayətində yaşayırlar. Bundan başqa Ukraynanın Odessa vilayətində, Bolqarıstan, Yunanıstan, Rumıniya və Rusiya ərazisində yaşayırlar.

Qaqauzlar başqa xalqlarla çox az hallarda nigaha girirlər. Elə bu səbəbdən də xalq öz etnik kimliyini qoruyub saxlaya bilmişdir. Son illərdə digər xalqlarla olan evliliklərin sayı artıb. 

0 points