Tornado answered
Sinay yarımadası ərazi olaraq Asiyaya aid olub Afrika ilə Asiya arasında sərhəddə yerləşir. Ölkə olaraq Sinay yarımadası Misirin ərazisinə düşür. Yarımadanın şimal qərbində Süveyş, şimal şərqində isə Akaba körfəzi yerləşir. Ərazisinin çoxunu səhralar tutur ancaq cənub qurtaracağında dağlar var. Ən hündür yerinin hündürlüyü 2637 metr olan Müqəddəs Yekaterina dağıdır. Yarımadada neft və firuzə çıxarılır.
Yarımadanın çox yerində tropik iqlim hakimdir, ancaq azacıq şimal hissədə aralıq dənizi iqlimi hakimdir. Elə bu səbəbdən də səhralar geniş sahə tutur.