Şelf nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Okean və dəniz sahillərindən materk yamacına qədər olan və dərinliyi 200 metrə (bəzən 500-1500 metr də ola bilir, məsələn, Oxot dənizi və Yeni Zelandiya sahillərində) qədər olan düzənlik ərazi şelf və yaxud materik dayazlığı adlanır.

Şelfdə qranit qat olur və üzəri qalın çökmə süxurlarla örtülü olur. Adətən neft-qaz ehtiyatları ilə zəngin olur. Ən geniş şelf zonasına, təxminən 1.5 kilometrə qədər Avrasiyanın şimal sahillərində, Hudzon körfəzində, Cənubi Cin dənizində və Avstraliyanın şimal sahillərində rast gəlinir.

1982-ci ildən BMT-nin qərarına əsasən kontinental şelfə nəzarət hüqüqu sahil dövlətlərinə verilir. Bu qanunun reallaşması üçün sahil dövlət əlaqədar təşkilatlara - BMT-nin kontinental şelf sərhədlərini müəyyən edən komissiyasına ərizə ilə müraciət etməlidir.

0 points