Ağ dəniz hansı okeana aiddir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Ağ dəniz Rusiya Federasiyasının şimalında, Şimal Buzlu okeana aid olan daxili dənizdir. Dənizin sahəsi 90.8 kv.km olmaqla Rusiya Rederasiyasının sahilində olan, Azov dənizindən sonra ikinci ən kiçik dənizdir. Dənizin ən kiçik yeri 343m, orta dərinliyi isə 67m-dir.  

Ağ dənizə Kem, Mezen, Oneqa, Şimali Dvina çayları tökülür. Ən böyük limanı Arxangelskdir. Barents dənizi ilə su əlaqəsinin zəif olması və ora tökülən çayların çox olması duzluluğun aşağı olmasına səbəb olur. Duzluluq səthdə 26 promillə dərinlikdə isə 31 promillə bərabərdir. 

0 points