Şəki şəhəri haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Azərbaycan Respublikasında yerləşən şəhərdir. Şəhər Böyük Qafqaz dağlarının cənub ətəklərində, Respublikanın şimal qərbində dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir. Şəki şəhəri çox gözəl coğrafi mövqeyə malikdir. Relyef, təbiətin gözəllikləri şəhərin tikintisində də özünü göstərir. 

Şəki şəhərinin adı eramızdan əvvəl VII əsrdə buralara gəlmiş sak tayfalarının adı ilə bağlıdır. Şəki şəhəri ipəyi, paxlavası, tarixi tikililəri ilə tanınır. Şəki Xan Sarayı, Şəkixanovların evi, Çiləkli məscidinin minarəsi və s.

Şəki şəhəri həm də  bir çox məşhur insanların doğulduğu yerdir. Bunlardan Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Fətəli xan Xoyski, Şəfiqə Axundova, Rasim Ocaqov, Bəxtiyar Vahabzadə və başqaları.

0 points