Tornado answered
Moren materiallarından təşkil olunmuş uzunsov alçaq təpələr olan drumlinlər İrlandiyada geniş yayılmışdır. Drumlinlərin oxu keçmiş buzlağın istiqamətinə döğru uzanmış olur. Onların sayı yüzlərlə olub və hətta minə qədər də ola bilir. Pomeraniyada 3000, Unskonsin ştatında isə 10 000-ə qədərdir. Bundan başqa drumlinlərə Şotlandiyada, Finlandiyada, Pusiyanın Sankt Peterburq, Pskov və Novqorod ərazilərində rast gəlinir.
Drumlinlər bir birinin yanında yerləşərək xüsusi şəklə malik relyef yaradırlar ki, buna səbət yumurta relyeyi deyilir. Bu relyef geri çəkilən buzlaqlar üçün xarakteridir.