Saxalin adası hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Asiyanın şərq sahillərində, Sakit okeanda yerləşən və Rusiya Federasiyasına məxsus bir adadır. Ada Asiya qitəsindən Tatar boğazı ilə, Hokkaydo adasından isə Laperuz boğazı ilə ayrılır. Meridianal istiqamətdə uzanan adanın uzunluğu 948 km eni isə 26 km-dən 106 km-ə qədər dəyişir.

Mülayim musson iqlimə malikdir. Ada zəngin təbii resurslara, bitki və heyvanat aləminə malikdir. Uzun müddət Rusiya və Yaponiya arasında mübahisəli yer olaraq qalsa da II Dünya müharibəsindən sonra Rusiya adanı zəbt etmiş və 1945-ci il Yalta müqaviləsindən sonra adaya nəzarət Sovet İttifaqına verilmişdir.

0 points