Tornado answered
Mərkəzi Amerikada Nikaraqua və Kosta Rika arasındakı sərhəddən axır. Nikaraqua gölündən başlanıb Karib dənizinə tökülən çayın uzunluğu 192 km-ə bərabərdir. Panama kanalı tikilənə qədər atlantik və Sakit okeanı birləşdirən ən qısa su yolu sayılırdı.
Sərhəddə yerləşən bu çay daima iki dövlət arasında mübahisəyə səbəb olmuşdur. 2009-cu ildə Haaqa məhkəməsi bu məsələni həll etdi və Kosta Rika çayda azad naviqasiya imkanı qazandı. Hərəkəti nizamlamaq, gəmiləri və sərnişinləri yoxlamaq isə Nikaraquaya həvalə olundu.
