Tornado answered
Sakit okeanın Siam körfəzində yerləşən Samuy adasının sahəsi 228.7km²-ə bərabərdir. Ada Taylandın ərazisinə daxildir. Ada özünün fərqli gözəllikləri ilə Anqtxonq milli parkının ərazisinə daxildir. Adanın mərkəzində olan cəngəlliklərlə örtülü Khaopom piki (635.) yerləşir.
Adanın VI əsrdə malay arxipelaqı və Çindən gələn balıqçılar tərəfindən məskunlaşdığı güman edilir.
İqlimində iki mövsüm müşahidə edilir. Maydan dekabra kimi yağıntılı, yanvardan maya kimi quraq mövsüm. Ən çox yağışlar noyabrdan yanvara kimi olur. Dekabrda leysan xarakterli yağışlar müşahidə edilir.
Adanın iqtisadiyyatı kənd təsərrüfatı, balıqçılıq və turizmdən ibarətdir. Turizm 1970-cı illərdən inkişaf etməyə başladı. Hazırda adanın əsas gəlir mənbəyinə çevrilmişdir.