Tornado answered
Yunanıstanın böyük şəhərləri içərisində ikinci olan Saloniki şəhəri eramızdan əvvəl 315-ci ildə makedoniyalı hökmdar Kassani tərəfindən tikilməyə başlanmışdır. Tikilən yeni şəhərə həyat yoldaşı Fessalonikanın adını vermişdir. Mustafa KamaL Atatürkün doğulduğu ev də Saloniki şəhərindədir.
Burada aralıqdənizi iqlimi hakimdir. Yay isti və quraq qış yağıntılı keçir və bəzən qar yağmasına baxmayaraq bir neçə saat ərzində əriyir.
Saloniki Yunanıstanın İri sənaye və ticarət mərkəzidir. Saloniki həm də ölkənin ən böyük liman şəhəridir. Saloniki şəhərində yerləşən Aristotel universiteti Balkanların ən böyük universiteti sayılır. Şəhərdə turizm yaxşı inkişaf edib.