İzmir şəhərində turizmin inkişafına nə təsir edir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Türkiyənin üçüncü böyük şəhəri olan İzmir Egey dənizi sahillərində yerləşən mühüm liman şəhəridir. Tarixi çox qədim olan şəhər həm tarixi abidələrinə həm də, dənizsahili mövqeyinə görə ən çox turist qəbul edən yerlərdəndir.

Tipik aralıq dənizi iqliminə malik olan şəhərin yayı quraq, qışı isə yağıntılı keçir. İllik yağıntının miqdarı 650 mm-ə bərabərdir. Qışda bəzən qar və şaxtalar müşahidə edilir.

Səlcuq dövrünün tarixi memarlığı olan Efes turistlərin əsas maraqlandığı yerlərdəndir. Artemis məbədi, Kelsus kitabxanası, Məryəm ana evi, Əsabi-Kəf, İsa bəy məscidi insanların çox ziyarət etdiyi yerlərdəndir.

0 points