Sahil nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Su ilə qurunun kəsişdiyi yer sahil adlanır. Sahil su hövzələri sahilində zolaq şəklində uzanır. Sahilin formalaşmasına ərazinin qeoloji quruluşu, relyef, ləpənin sahildə gördüyü iş, qurunun yüksəkliyi, dəniz səviyyəsinin tərəddüdü mühüm rol oynayır. Dalğanın sahildə gördüyü iş abraziya adlanır. Abraziya yüksək sahillərdə iki əsas sahil profili əmələ gətirir klif və bençi.

Parçalanma xüsusiyyətinə görə sahillər iki yerə bölünür: Buxta sahil tipi, düz sahil tipi. Buxta sahil tipiləri: rias, dalmasiya, fiord, şxerli sahillər.

Düz sahillər: laqun, marşal, manqr, mərcan.

0 points