Ross dənizi harada yerləşir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

0 meredianının kəsdiyi bu dəniz Antarktidanın qərbində Cənub okeanının Sakit okean akvatoriyasına düşən hissəsində yerləşir. Ross dənizini ilk dəfə 1841-ci ildə Ceyms Klark Ross kəşf etmişdir və elə buna görə də dəniz onun adı ilə adlandırılmışdır. Dəniz, Viktoriya torpağı və Meri Berd sahillərində Ader və Kolbek burunları arasındadır. Sahilləri sıldırımdır. Dənizin səthi 10-100km-lə uzanan buzlaqlarla örtülüdür. Ross dənizinin orta dərinliyi 677m, ən dərin yeri isə 2972m-dir. 

Yazda buzlar arasında boğazşəkilli keçidlər əmələ gəlir ki, buradan gəmilər hərəkət edə bilir. Su səthinin temperaturu -1və ya 1.7 dərəcədən yay mövsümündə +2 dərəcəyə qədər dəyişə bilir. İqlimi qışı şaxtalı yayı isı soyuq keçir.ən soyuq ay avqust ayıdır. Dəniz şelfində olan buzlaqlar heç vaxt ərimir. Ross dənizində müxtəlif növ suitilər, balinalar və digər dəniz canlıları yaşayır. 

0 points