Quba şəhəri Azərbaycan Respublikasının şimal sərqində, dəniz səviyyəsindən 600m hündürlükdə yerləşir. Şəhər Bakı şəhərindən 168km şimal qərbdə Şahdağın şimal şərqb yamacında, Qudyalçayın sahilində gözəl təbiətə malik bir ərazidədir. Quba şəhərinin əsası XIV əsrdə qoyulmuşdur. XVIII əsrdı Quba xanlığının mərkəzi olmuşdur. Hazırda Quba rayonunun inzibati mərkəzidir.
Şəhərin dağətəyi ərazidə yerləşməsi ilə əlaqədar olaraq bərabəryağıntılı mülayim isti iqlim tipi yayılmışdır. Qış nisbətən yumşaq keçir. Qar örtüyü yerdə çox qalmır. Mülayim isti yaya malikdir. Quba alma bağları, xalçaları, istirahət yerləri ilə məşhurdur. Son illərdə infrastrukturun yaxşı təşkili turizmin daha da inkişaf etməsinə təkan verir.
Qubanın görməli yerlərlərindən biri Qudyalçayın sağ sahilində, yaşıllıqlar içərisində olan Qəçrəş bulağıdır. Quba xalçaları dünyanın bir çox muzeylərində saxlanır.