Tornado answered
Təbiətdə süxurların 2 yatım forması ayrılır. Qırışıq və fay. Fay yatım formasında layların qırılması ikitərəfli olduqda bu zaman layın orta hissəsi fay və ya əks fay nəticəsində aşağı düşür. Yan hissələr isə öz yerində qalır. Bu cür dislokasiya (süxurların ilk yatım formasının pozulması) qraben adlanır. Bu proses yerin daxili hərəkətləri nəticəsində baş verir. Altay dağlarında yenidən dağəmələgəlmə prosesinin aktivləşməsi burada horst (orta yerində qalıb kənarlar çökdükdə yaranır) və qrabenlərin çox olmasına səbəb olmuşdur.
Baykal gölü çuxuru böyük qrabenə misal ola bilər. Böyük Şərqi Afrika qrabeni Ölü dənizdən Nyasa gölünə qədər davam edir.