"Qoyun alınları" və ya "qıvrım qayalar" nəyin təsirindən yaranır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Üzəri ilə buzlaq keçən qayalıq ərazilərdə qayaların üzərində dib morenlərinin izləri qalır. Qayaların səthləri klassik materialların (qum,çınqıl) sürüşüb getməsinə görə cilalanmış olurlar. bununla bərabər bu səthlər buzlağın hərəkətinə paralel olan müxtəlif çapıq, cızıq və zolaqlarla örtülü olurlar. Bəzi hallarda cizgilər bir birini kəsir, bu hal buzlağın hərəkət istiqamətinin dəyişdiyini göstərir. Bu əlamətlərə malik olan qayalar "qoyun alınları" və ya "qıvrım qayalar" adlanır.

Bu qayalar buzlağın hərəkət istiqamətində uzanmış alçaq təpələr olub, yastı tərəfi buzlağa doğru çevrilmiş və çox cilalanmış, digər tərəfi isə dik və kələ kötür olurlar. Onların uzunluğu on və ya yüz metrlərə, hündürlüyü isə 50m-ə çatır.

0 points