Tornado answered
Mərkəzi Asiya regionunda Çin və Monqolustan ərazisində yerləşən səhradır. Qədim zamanlarda buranı “Samo səhrası” adlandırırdılar. Qobi sözü monqol dilində “susuz yer” deməkdir.
Səhranın formalaşmasına dəniz və okeanlardan uzaq olması və dağlarla əhatə olunması təsir göstərir. Səhra aşağıdakı regionlara ayrılır: Önaltay Qobi, Monqol Qobisi, Alaşan Qobisi, Qaun Qobisi və Cunqariya Qobisi. İqlimi kəskin kontinentaldır. Qışda -55 dərəcə şaxta yayda isə +58 dərəcə isti müşahidə edilir.