Tornado answered
Dünyanın ən duzlu dənizi olan Qırmızı dəniz Hind okeanının daxili dənizi olub Hind okeanı ilə Bab-əl-Məndəb boğazı vasitəsi ilə birləşir. Qırmızı dənizin ən duzlu dəniz olmasının səbəbi onun tropik qurşaqda yerləşməsi, yerləşdiyi ərazidə yağıntının az olması,okeanla su əlaqəsinin zəif olması, güclü buxarlanma və ən əsas dənizə heç bir çayın tökülməməsidir.
Qırmızı dəniz Afrika materiki ilə Ərəbistan yarımadasının arasında yerləşir. Aralıq dənizinə Süveyş kanalı vasitəsi ilə, Hind okeanına isə Bab-əl-Məndəb boğazı vasitəsi ilə çıxış əldə edir.
Mahizer Huseynova answered
Qirmizi denizin tropik qursaqda yerlesmesi yagintinin az olmasi denize hec bir cayin tokulmemesi ve guclu buxarlanmanin olmasi