Qaşqaylar haqqında nə bilirsiniz?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Qaşqaylar İranda Azərbaycanlılardan sonra yaşayan ən böyük Türkdilli xalqdır.

Əsasən İranın cənub-qərbində yaşayırlar. Qaşqayların əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Əkinçiliklə məşğul olan qaşqaylar Xaki (torpaq) qaşqayları, maldarlıqla mışğul olan qaşqaylar isə Badi (yel) qaşqayları adlanırlar. Badi qaşqayları 3-4 ay yaylaqda olurlar və alaçıqlarda yaşayırlar.

Qaşqaylar azərbaycan dilinə çox yaxın dildə danışırlar. Farslarla bir yerdə yaşadıqlarına və bu dildə təhsil aldıqlarına görə qaşqay dili fars dilinin təsirinə məruz qalıb.

Hərbi qəbilə quruluşunu saxlayıblar. Dindarları müsəlmandır. Dilləri Azərbaycan dilinə çox yaxındır. Nissan firmasının istehsal etdiyi Nissan Qaşqayi adlı avtomobil modelinin adı Qaşqaylardan götürülmüşdür.

0 points