Qarın hansı növlərini bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Qar həmişə eyni cür yağmır, bəzən sakit-sakit lopa səklində, bəzən də buz dənələrinə oxşar şəkildə. Buna görə də qarı aşağıdakı növlərə ayırırlar:

Lopa qar - bu qar sakit havada lopa-lopa yağan qardır. Bu zaman qar dənələrinin ölçüləri böyük, təxminən diametri 1sm a yaxın olur.

Sulu qar - bu qar atmosferin yuxarı hissəsində hava çox soyuq olmadığı zaman aşağı enən qar dənələrinin bir qisminin su halına keçməsi nəticəsində yağır. 

Düyü qar - bu qar ölçüləri nisbətən kiçik və sərt buzla örtülmüş dənələrə malik olub yerə çox sürətlə düşən qardır. 

Quru qar - bu qar havada nəmliyin nisbətən az və temperaturu cox aşağı olduğu zaman yağan qardır. Bu zaman qar dənələrinin diametri 1mm-dən kiçik olur və nisbətən gec əriyir.

Qar çovğunu - bu qar, qar yağan zaman küləyin sürəti çox böyük olduqda yaranır. Bu havada hərəkət etmək çox çətin olur və görüntü məsafəsi az olur.

0 points