Tornado answered
Qar yorğan kimi torpağın üzərini örtərək bitkilərin şaxtadan donmasının qarşısını alir. Xüsusilə kənd təsərrüfatında bunun çox xeyiri olur. Belə ki, payızlıq taxıl bitkiləri əkildikdə qar onları həm şaxtadan qoruyur, həm də, onlara gübrə verildikdə onun torpağa normal hopmasına kömək edir. Bundan əlavə qar yağarkən havada olan su damlaları donur və bu zaman ayrılan istilik hesabına hava isinir və bu da bitkilərin donmamasına kömək edir.
Qarın istiliyi saxlama xüsusiyyətinə körə eskimoslar özlərinin iqla adlandırdıqları evlərini qardan düzəldirlər. Bu evlərin içərisi isti və havası yaxşı olur