Polyaklar Hind-Avropa dil ailəsinin slavyan qrupunun lexit budağının polyak dilində danışan xalqdır. Dünyada yaşayan 60 milyondan çox polyakdan 36 milyondan çoxu Polşada yaşayır. Polşa təkmillətli xalq olub əhalinin 98%-ni polyaklar təşkil edir. Polyaklar bir neçə etnik qrupu özündə birləşdirir.
Dini mənsubiyyətinə görə polyakların əksəriyyəti təxminən 89%-i katolikdir. Polşa Avropanın ən dindar ölkəsi sayılır. Əhalinin 15% qatı dindar olub hər gün kilsəyə gedib dini ayinləri yerinə yetirirlər. 35-55%-i dua edir ancaq hər vaxt kilsəyə gedə bilmir. 20-25%-i allaha inanır, çox nadir hallarda kilsəyə gedir. 20% isə allaha inanır ancaq kilsəyə getmir və dua oxumur.
Polyaklar Litvanın, Qərbi Belarusun, Qərbi Ukraynanın, Latviya və Çexiyanın bəzi yerlərinin yerli əhalisini təşkil edirlər. Bundan əlavə Polyaklar Qərbi Avropada (Almaniya, Böyük Britaniya, Fransa və s.), ABŞ-da, Cənubi Amerikada, Rusiyada, Cənubi Afrikada, Avstraliyada, Orta Asiyada və bir çox başqa ölkələrdə yaşayırlar.