Pişiklərin gözləri niyə gecə parıldayır?
Pişiklərin gecə görmə qabiliyyəti olduqca güclüdür. Onların ətrafi görməsi üçün cüzi işıq bəs edir. Çünki, pişiklərin gözü bizimkindən fərqlidir. Pişiklərin göz bəbəkləri qaranlıqda daha çox işıq qəbul etmək üçün böyüyür və yumurulaşır buda onların daha yaxşı görməsinə kömək edir. Pişiklər gündüzləri mavi və yaşıl rəngi seçə bilir.
Pişiklərin gözlərində insanların gözlərində olmayan bir təbəqə (Tepetum Lucidum) vardır. Bu təbəqə retinanın arxasındadır. Retinadan keçən işıq birdə retinaya əks olunur. Yəni bu təbəqəyə görə retinadan iki dəfə artıq işıq keçmiş olur. Bu səbəbdəndə onların gözü daha yaxşı görür. Gözdə gördüyümüz parlaqlıq isə təbəqədə əks olunan işıqdır.
Bundan başqa pişiklərin gözlərinə diqqətlə baxdıqda onların necə olduğunu müəyyən etmək olur. Məsələn: Göz içi kiçilmişsə özlərini yaxşı hiss edirlər, böyümüşsə müdafiyəyə keçiblər deməkdir.
Pişiklər gecənin ən çox qaranlıq olduğu vaxtlarda 20 metr qabaqdakı bir cismi görürlər.