Tornado answered
Phi Phi adaları Taylandın cənubunda materiklə Buket adaları arasında yerləşir. Ada Taylandın ən mühüm turizm mərkəzlərindən biridir. Burada turizm mövsümü əsasən noyabr ayından fevral ayına qədər olur. Qalan vaxtlar mussonların təsiri altında olduğundan turizm üçün o qədər də əlverişli sayılmır.
2004-cü ildə baş verən zəlzələ və sunami nəticəsndə ada tamamilə dağılmış olmasına baxmayaraq, buranı yenidən inşa edərək turistlərin gəlməsi üçün əlverişli hala salmışlar. Adanın mərkəzi olan Ton Sai qəsəbəsində çoxlu sayda otellər, restoranlar, barlar fəaliyyət göstərir. Adanın ətrafında çox gözəl çimərliklər var.