Tornado answered
Pampero soyuq fırtınalı cənub, cənub-qərb küləyidir. Argentina, Uruqvay və Paraqvayın Şərq hissəsindən əsir və bəzən yağışla müşaiyət olunur. Pampero ispan dilində “Pamperos “sözündən götrülüb “pampadan əsən külək deməkdir“ bəzən əsdiyi yerlərdə Güclü soyuqlar əmələ gətirirlər.
Bu küləklər xarakterinə görə iki yerə ayrılır: rütubətli pampera və quru pampera. Bu küləyin yaratdığı fırtına Pataqoniya sahillərində gəmilərin hərəkətinə çox böyük çətinlik yaradır. Bu küləklər ən çox qış aylarında (may-avqust) əsir. Buenes-Ayres ətrafında isə yay mövsümündə qasırğaların yaranmasına səbəb olur.