Nyasa gölü haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Böyük Afrika sınma zolağında axırıncı gölü olub Afrikanın şərqində, Malavi, Mozambik, Tanzaniya arasında sərhəddə yerləşir. “Nyasa“ yao xalqının dilində “göl“ deməkdir. Gölün sahəsi 29 604km², maksimal dəriliyi 706m-ə bərabərdir. Nyasa gölü dərinliyinə görə Baykal və Tanqanikadan sonra üçüncü yeri tutur. Nyasa gölünü həm də, Malavi  gölü adlandırırlar.

Göl haqqın ilk dolğun məlumatı David Livinqston 1860-cı ildə vermişdir. Gölə tökülən çaylar Ruhuhu, Sonqve, Şimali Rukuru və s. Göldən isə yeganə Şire çayı axır. Çay vasitəsi ilə gölün suyunun ancaq 16%-i aparılır qalan hissəsi isə buxarlanma yolu ilə dəyişilir. Göl suyunun tam təzələnməsi 114 ilə başa çatır.

0 points