Marakaybo gölü hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Cənubi Amerikanın ən böyük gölü olan Marakaybo Venesuela ərazisində yerləşir. Gölün sahəsi 13 210 km²-a bərabərdir. Tektonik şüxurda yerləşən bu göl Serra-de-Periha və Kordillera-de-Merida sıra dağları ilə əhatə olunub. Gölün əvvəllər körfəz olduğu və sonradan laqun gölə çevrildiyi güman edilir. Ən qədim göllərdən biri sayılır.

Marakaybo gölünə tökülən ən böyük çay Katatumbo çayıdır. Çayın gölə töküldüyü yerdə qeyri adi təbiət hadisəsi kimi məşhur olan "Katatumbo ildrımı" müşahidə edilir. Venesuela körfəzinə dar boğaz vasitəsi ilə birləşir. Okean gəmilərinin gölə girməsini asanlaşdırmaq üçün boğaz dərinləşdirilmişdir. Gölün cənub hissəsə daha dərindir. Boğazın sahillərini birləşdirən körpü dünyanın ən böyük körpülərindən sayılır.

Venesuela əhalisinin dörddən biri Marakaybo gölü ətrafında yaşayır.

0 points