Tornado answered
Böyük Afrika sınma zolağında axırıncı gölü olub Afrikanın şərqində, Malavi, Mozambik, Tanzaniya arasında sərhəddə yerləşir. “Nyasa“ yao xalqının dilində “göl“ deməkdir. Gölün sahəsi 29 604km², maksimal dəriliyi 706m-ə bərabərdir. Nyasa gölü dərinliyinə görə Baykal və Tanqanikadan sonra üçüncü yeri tutur. Nyasa gölünü həm də, Malavi gölü adlandırırlar.
Göl haqqın ilk dolğun məlumatı David Livinqston 1860-cı ildə vermişdir. Gölə tökülən çaylar Ruhuhu, Sonqve, Şimali Rukuru və s. Göldən isə yeganə Şire çayı axır. Çay vasitəsi ilə gölün suyunun ancaq 16%-i aparılır qalan hissəsi isə buxarlanma yolu ilə dəyişilir. Göl suyunun tam təzələnməsi 114 ilə başa çatır.