Nikaraqua haradadır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Nikaraqua Respublikası Mərkəzi Amerikada və ya Latın Amerikasında yerləşən dövlətdir. Ərazisinə görə Mərkəzi Amerikanın ən böyük dövləti olub həm Sakit okeana həm də, karib dənizinə (Atlantik okeanına) çıxışı var. Paytaxtı Manaqua şəhəridir.

Kosta-Rika və Hondurasla sərhədə malik olan bu ölkə Mərkəzi Amerikanın Belizdən sonra ən zəif məskunlaşmış ölkəsi sayılır. Burada olan manqr meşələri və keçilməz cunqli ispanların bu əraziləri mənimsəməsinə mane oldu və buranın fauna və florası Kolumbdan əvvəlki kimi qalmaqdadır.

Nikaraquanın iqlimi tropikdir. Tropik yağış meşələri ölkənin qərb sahillərində yerləşmişdir.

Əhalisi əsasən metislərdən və ağlardan ibarətdir. Orta ömürlülük kişilərdə 69.6 və qadınlarda 74 ilə bərabərdir. Pul vahidi kordoba adlanır. 

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əsasən kofe, banan, şəkər qamışı, pambıq, düyü, qarğıdalı, tütün və soya əkilir. Qərb ölkələrinə görə ən kasıb ölkələr sırasındadır.

0 points