Laqos şəhəri hansı ölkənin şəhəridir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Afrikanın ən çox əhalisi olan Laqos şəhəri həm də Nigeriyanın ən böyük şəhəridir. Şəhər Qvineya körfəzinin bir hissəsi olan Benin körfəzi sahilində yerləşir. Avropalılar gəlməmişdən əvvəl Laqos Yoruba tayfalarının yaşadığı kiçik yaşayış məntəqəsi idi. Avropanın müstəmləkəsinə çevrildikdən sonra və müstəqillik illərində bura Nigeriyanın ən mühüm ticarət mərkəzinə çevrildi. İndi Laqos şəhər aqlomerasiyası demək olar ki, bütövlükdə Laqos vilayətini əhatə edir.

Laqos şəhəri subekvatorial iqlim qurşağında yerləşir. Burada yağıntılı dövr martdan noyabra kimi (avqust bir qədər quraq keçir), quraq dövr isə noyabrdan marta kimi davam edir.

Nigeriya iqtisadiyyatının demək olar ki, əsas hissəsi Laqos şəhərində cəmlənib. Şəhər 1991-ci il dekabrın 12-nə kimi ölkənin paytaxtı olmuşdur.

0 points